"Çox ağır oyun oldu. Hər an üçün mübarizə apardıq".

Sport24.az xəbər verir ki, bunu "Xırdalan" basketbol klubunun baş məşqçisi Uğur Özdemir deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin "Neftçi" ilə ilk oyununu şərh edib: "Görüşə yaxşı başladıq, amma sonradan ritm enişi yaşadıq. Çox sadə səhvlər etdik. Buna baxmayaraq, oyunun gedişində nəzarət bizim əlimizdə oldu. 2-ci və 4-cü periodlarda səhvlərimiz daha çox oldu. Bu yalnız hesabda deyil, həm də oyun olaraq geri düşməyimizə gətirib çıxardı. Sevinirdirici məqamdır ki, 6 basketbolçumuz 2 rəqəmli xal həddini aşa bilib. Komanda əla mübarizə apardı. Buna görə də onlara ayrıca təşəkkür edirəm və qələbəyə görə təbrik edirəm".

Qeyd edək ki, "Xirdalan" "Neftçi"ni 80:75 hesabı ilə məğlub edib. Komandalar arasında növbəti oyun mayın 2-də olacaq.