Azərbaycan millisinin voleybolçusu Odina Əliyevanın yeni klubu məlum olub.

Sport24.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını Çində davam etdirəcək.

Əliyeva “Şenzen Jonqsay” klubu ilə müqavilə imzalayıb. O, 2022/23 mövsümünün sonunadək bu klubda çıxış edəcək. 

Əliyeva mövsümə Filippində başlayıb. O, 2022-ci ilin ikinci yarısını “Çoko Muço Flinq Titans”da keçirib.

2015/16 mövsümündə “Azərreyl”də çıxış etmiş voleybolçu həmin vaxtdan sonra ölkə xaricində legioner həyatı yaşayır.