Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

Sport24.az xəbər verir ki, Pərviz Səmədovun rəhbərlik etdiyi komanda bu dəfə Bakıda Voleybol Mərkəzində Türkiyə yığmasını qəbul edib.

3 set davam edən matçda voleybolçularımız 3:0 hesabı ilə uduzublar. Komandamız ilk oyununda Danimarkaya da 1:3 hesabıyla uduzmuşdu.

Millimiz növbəti oyununu avqustun 17-də səfərdə Türkiyə yığmasına qarşı keçirəcək.

Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

AÇ-2023-ün təsnifat mərhələsi 
A qrupu 

6 avqust 

Azərbaycan - Türkiyə 0:3 (11:25, 20:25, 16:25)