Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, komandamız bu dəfə ilk dövrənin oyunlarına ev sahibliyi edən Rumıniya ilə üz-üzə gəlib.

İlk turda İspaniyaya uduzan voleybolçularımız, bu dəfə də uğursuz çıxış ediblər. “Horia Demian” idman zalında baş tutan oyunda meydan sahibləri 3:0 hesabıyla qalib gəliblər.

Qeyd edək ki, komandamız Qızıl Avropa Liqasının A qrupunda Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparır. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar. Komandamız sabah ilk dövrənin son turu çərçivəsində Fransa yığması ilə qarşılaşacaq.

Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparır. İki dövrədən ibarət olan oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Qızıl Avropa Liqası
A qrupu

29 may

Azərbaycan - Rumıniya 0:3 (14:25, 13:25, 11:25)