Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.

Sport24.az xəbər verir ki, pley-off mərhələsinin görüşləri aprelin 15-18-də keçiriləcək.

Əsas mərhələnin nəticələrinə əsasən turnir cədvəlində birinci olan komandalar dördüncü yerin sahibləri ilə, ikinci olanlar üçüncü pilləni tutan klublarla qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi "Qızıl set"də müəyyənləşəcək.

Yarımfinal mərhələsi
1-ci oyunlar
15 aprel
Kişilər

15:00. "Azərreyl" – MOİK

Qadınlar
18:00. "Azərreyl" - "Gəncə"

16 aprel
Kişilər

15:00. "Murov Az Terminal" - "Neftçi"

Qadınlar
18:00. "Abşeron" - "Murov Az Terminal"

2-ci oyunlar
17 aprel
Kişilər

15:00. MOİK - "Azərreyl"

Qadınlar
18:00. "Gəncə" - "Azərreyl"

18 aprel
Kişilər

15:00. "Neftçi" - "Murov Az Terminal"

Qadınlar
18:00. "Murov Az Terminal" - "Abşeron"