Bu gün qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb. Sport24.az xəbər verir ki, Belqradda təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri bilinib.

Komandamız Rusiya, Fransa, Bosniya və Herseqovina, Serbiya, Belçika yığmaları ilə birgə A qrupunda yer alıb.

Püşkatmaya Azərbaycan Voleybol Federasiyasını baş katibi, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov da qatılıb.

Qeyd edək ki, növbəti Avropa çempionatına Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya birgə ev sahibliyi edəcək. Qitə birinciliyi 19 avqust – 5 sentyabr aralığında təşkil olunacaq.

A qrupu
Serbiya
Azərbaycan
Rusiya
Belçika
Fransa
Bosniya və Herseqovina

B qrupu
Bolqarıstan
Polşa
Almaniya
İspaniya
Çexiya
Yunanıstan

C qrupu
Xorvatiya
İtaliya
Belarus
Slovakiya
Macarıstan
İsveçrə

D qrupu
Rumıniya
Türkiyə
Niderland
Ukrayna
Finlandiya
İsveç