Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər. Sport24.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Onu da bildirək ki, dövlət başçımız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfərə gedib və qarşılaşma məhz Konyada olub.