"Grand Master" Şahmat Klubunun təşkilatçılığı ilə Bakıda möhtəşəm "Master-Klass" keçiriləcək. Sport24.az xəbər verir ki, pandemiyaya qədər də bu kimi layihələrlə tez tez gündəmə gələn klub, bu dəfə şahmat həvəskarlarına əsl bayram yaşadacaq.

Söhbət Azərbaycanın şahmat tarixinin ən güclü şahmatçısı olan Şəhriyar Məmmədyarovla "Master-Klass"-dan gedir. İki həftə boyu, həftədə iki dəfə olmaqla (şənbə və bazar günləri) Şəhriyar beş saat ərzində gənc şahmatçılara "Master-klass" keçərək onlara şahmatın sirlərini öyrədəcək. Dərslər karantin qaydalarına riayət olmaqla keçriiləcək. Onu da qeyd edək ki, dərslərdə iştirak etmək istəyən şahmatçılar müəyyən ödəniş ödəməli olacaqlar (chess.az).