Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşündə iştirak edir. Sport24.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma ilk oyun günündə ağ fiqurlarla çıxış edib.

 

Bütün partiyalar heç-heçə başa çatıb - 2,5:2,5.

 

Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq.

 

Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq. Yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.