Dünya şahmat tacı uğrunda matçın keçiriləcəyi yer bəlli olub. Sport24.az xəbər verir ki, bunu Sinqapur Şahmat Federasiyası açıqlayıb.
Çin təmsilçisi Dinq Liren və hindistanlı Dommaraju Qukeş arasında görüş Sinqapurdakı "Resorts World Sentosa"da keçiriləcək. Qarşılaşma noyabrın 23-də start götürəcək. Matç dekabrın 15-dək davam edəcək. Bu, son 138 ildə iki asiyalı şahmatçının iştirak etdiyi ilk çempionluq dueli olacaq. Hazırkı dünya çempionu Dinq Liren Dommaraju Qukeşlə görüşdə titulunu qorumağa çalışacaq.
Qeyd edək ki, qarşılaşma 14 klassik oyundan ibarət olacaq. 7,5 xal toplayan ilk şahmatçı titulu qazanacaq.