Bu gün Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olacaq. Sport24.az xəbər verir ki, 8 qrossmeyster bu dəfə blits növündə mübarizə aparacaq.

 

14 turdan sonra xatirə turnirinin qalibi müəyyənləşəcək.

 

Rapid yarışının ardından rusiyalı Yan Nepomnyaşi 10 xalla liderdir.

 

Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov 9 xalla ikinci pillədə qərarlaşıb. Özbəkistanlı Nodirbek Abdusattorov ilə digər rusiyalı Vladislav Artemyevin hesabında 8 xal var. Onlar  3-4-cü pillədə qərar tutublar. Macar Riçard Rapportla Aydın Süleymanlı 6 xalla 5-6-cı yerləri bölüşdürürlər. Hindistanlı Aravind Çitambaram 5 xalla 7-ci, Rauf Məmmədov isə 4 xalla 8-ci sıradadır.

 

Qeyd edək ki, sonuncu turdan sonra bağlanış mərasimi baş tutacaq.