Bu gün Batumidə davam edən kişi və qadın şahmatçıları arasında komanda Avropa çempionatında VII turun oyunları keçirır. Sport24.az xəbər verir ki, aktivində 7 xal olan kişilərdən ibarət yığmamız İsveçrəyə, 9 xalla liderlər qrupunda qərarlaşan qadınlardan ibarət millimiz isə Gürcustanla qüvvəsini sınayır.

AZƏRBAYCAN - İsveçrə 2,5:1,5 Şəhriyar Məmmədyarov - Sebastyan Boqner 1:0 Rauf Məmmədov - Yannik Pelletye 0:1 Qədir Hüseynov - Niko Georgiadis 1:0 Eltac Səfərli - Olivye Kurman 1/2:1/2

Gürcüstan - AZƏRBAYCAN 2:2 Nana Caqnidze - Günay Məmmədzadə 1:0 Lela Cavaxişvili - Xanım Balacayeva 1/2:1/2 Bela Xotenaşvili - Gülnar Məmmədova 0:1 Meri Arabidze - Türkan Məmmədyarova 1/2:1/2