"Zirə" "Şerif" səddini keçə bilmədiyinə görə hamımız məyus olduq. İlk oyundan sonra inanırdıq təmsilçimiz bu cütün qalibi olacaq. Təəssüf ki, istədiyimiz olmadı. Rəşad Sadıqovun komandasını Konfrans Liqasında daha yaxşı mübarizə aparacağını gözləyirdik ki, dünən də bunun şahidi olduq". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Cavadov deyib.

Millinin sabiq üzvü "Zirə"nin Slovakiya təmsilçisi üzərində 4:0 hesablı qələbəsini də şərh edib: "Qəsəbə təmsilçisi dünən oyuna yaxşı başladı. Sadıqovun komandası əks-hücumlarda effektli oldular. "Zirə" böyükhesablı və layiqli qələbə qazand. Bu tək nəticə yox, psixoloji cəhətdən də vacib idi. Düşünürəm ki, bundan sonra zirəlilərin oyununda inkişaf görəcəyik. İnanıram ki, "qartallar" turnirin qrupuna düşə biləcəklər".

 

Qeyd edək ki, "Zirə" - "DAK 1904" matçı təmsilçimizi 4:0 hesablı qələbəsi ilə başa çatıb

ABDULLA İSMAYILOĞLU