Parisdə keçirilən triatlonçuların fərdi yarışlarında millimizin olimpiyaçısı Rostislav Pevtsov mübarizə aparıb. Sport24.az xəbər verir ki, üzgüçülükdən sonra 37-ci olan təmsilçimiz velosiped yarışını 50-ci yerdə bitirib.
Pevtsov finişə 43-cü çatıb və ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edib.
Xatırladaq ki, triatlon yarışı Sena çayındakı su keyfiyyətinin normadan aşağı düşməsi ucbatından təxirə salınmışdı.