Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb. Sport24.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan qadın idmançımız monqolustanlı Namuuntsetseq Tsoqt Oçir ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Stadnik ikinci dəfə Olimpiadalarda bürünc medal qazanıb.