Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, 65 kq-da çıxış edən idmançımız 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb.

O, bu raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşib. Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb. O, bu raundda hindistanlı Bacranq Puniya ilə güləşəcək.