Azərbaycanın qadın güləşçisi Elis Manolova (68 kq.) Tokio-2020-də təsəlliverici görüşə çıxıb. Sport24.az xəbər verir ki, Manolova Qırğızıstan təmsilçisi Meerim Jumanazarova ilə qarşılaşıb.

İdmançımız rəqibinə uduzaraq, Tokio-2020-ni medalsız başa vurub.

Qeyd edək ki, Manolova dünən 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə dueldən məğlub ayrılıb.