Azərbaycan boksçusu Alfonso Dominqes (81 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib. Sport24.az xəbər verir ki, son olimpiya çempionu kubalı Arlen Lopeslə üz-üzə gələn idmançımız məğlub olub.

Bununla da Alfonso bürünc medal ilə kifayətlənib.

Xatırladaq ki, Dominqes 1/8 final mərhələsində özbəkistanlı Dilşodbek Ruzmetovu, 1/4 finalda isə türkiyəli Bayram Malkanı mübarizədən kənarlaşdırıb.