Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq.) bu gün Tokio-2020-də bürünc medal uğrunda görüşə çıxıb. Sport24.az xəbər verir ki, Ermənistan təmsilçisi Karapet Çalyanla üz-üzə gələn idmançımız rəqibinə 4:1 hesabı ilə qalib gələn bürünc medal qazanıb.

Qeyd edək ki, bu, Azərbaycanın Tokio-2020-də 3-cü medalıdı. Daha əvvəl boksçu  Alfonso Dominqes və cüdoçu İrina Kindzerska bürünc medal qazanıb.