Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq.) Tokio-2020-də bürünc medal qazanması haqqında danışıb. Sport24.az xəbər verir ki, 34 yaşlı idmançımız 3-cü olduğuna görə özünü xoşbəxt saydığını bildirib:
“Dünən finala yüksələ bilmədiyim üçün məyus idim. İndi isə qazandığım medalın fərqindəyəm. Nə qədər idmançı mənim yerimdə olmaq istəyər. Allaha şükür edirəm ki, mənə bu medalları və belə idmançı karyerası nəsib etdi. Bu gün çox xoşbəxtəm. Üçüncü yeri tutsam da, elə hiss var ki, sanki çempion olmuşam”.
 
Qeyd edək ki, Stadnik bürünc medal  uğrunda görüşdə Namuuntsetseq Oçiriyə (Monqolustan)10:0 hesabı ilə qalib gəlib.