Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə start verib.

Sport24.az xəbər verir ki, 19 yaşlı idmançı qısa proqramda 61.82 xala layiq görülüb.

Bu nəticə ilə o, 30 iştirakçı arasında 16-cı yeri tutub. Bununla da Ryabova ən yaxşı 24 iştirakçı arasına düşməyi və final mərhələsinə vəsiqəni təmin edib. Konkisürənimiz fevralın 17-də sərbəst proqramda mübarizə aparacaq. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən ediləcək.

Xatırladaq ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.