Olimpiya Oyunları çərçivəsində Parisdəki Olimpiya Evində avqustun 1-də Azərbaycan idmançılarının zəfərinə həsr olunmuş görüş keçirilib. Sport24.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Olimpiya və dünya çempionları, idmançılar, məşqçilər iştirak ediblər.
Tədbirdə Olimpiada çempionları - cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyev də iştirak ediblər, onlar qələbələri münasibətilə təbrik ediliblər.
Tədbirin bədii hissəsində gənc müğənni Mərdan Band müxtəlif Azərbaycan musiqilərini ifa edib.