Paris-2024 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının püşkü atılıb. Sport24.az xəbər verir ki, Olimpiadaya sabah start verəcək ilk Azərbaycan idmançısı Yaylagül Ramazanovanın mübarizəyə neçənci qoşulacağı bəlli olub.

 

O, sıralama turuna 30-cu cütdə başlayacaq. Bu raund Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

 

Yaylagül Türkiyə təmsilçisi Elif Berra Gokkirlə paralel mübarizəyə qoşulacaq. Təmsilçimiz B zolağından hədəfi nişan alacaq.

 

Qeyd edək ki, sıralama turunda mübarizə aparacaq 64 oxatan 1/32 final cütlərini müəyyənləşdirəcək. İdmançılar sıralamadakı yerinə əsasən 1-ci 64-cü, 2-ci 63-cü, 3-cü 62-ci ardıcıllığı ilə cütlər təşkil edəcək.