Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında güllə atıcılığı yarışlarına start verilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının snayperi Ruslan Lunyov da mübarizəyə qoşulub.

 

Təmsilçimiz pnevmatik tapança ilə 10 m məsafədən atəş açıb. 571 xal toplayan Lunyov mərhələni 24-cü yerdə tamamlayıb.

 

O, mükafatlar uğrunda yarışacaq "səkkizliy"ə düşə bilməyib. Bu növdə mübarizəni dayandıran Ruslan 25 m məsafədən atəşaçmada da dəqiqliyini sınayacaq.

 

Qeyd edək ki, bu proqramda final mərhələsi sabah Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.