Paris-2024 Yay Olimpiya Oyunlarının ilk mükafatçıları bəlli olub. Sport24.az xəbər verir ki, birinci Olimpiya çempionu güllə atıcılığında müəyyənləşib.

 

Qarışıq komandaların pnevmatik tüfəngdən atəşaçma yarışında öncə təsnifat, ardınca final mərhələsi başa çatıb.

 

Həlledici dueldə Lihao Şenq/Yutinq Huanq (Çin) və Jihyeon Keum/Hajun Park (Cənubi Koreya) cütləri qarşılaşıb. 16:12 hesabı ilə qalib gələn Çin komandası Paris-2024-ün ilk çempionu olub.

 

3-cü yer uğrunda görüşdə Aleksandra Le/İslam Satpayev (Qazaxıstan) və Maksimilian Ulbrix/Anna Yansen (Almaniya) cütləri üz-üzə gəlib. Bürünc medala 17:5 hesablı qələbə qazanan Qazaxıstan komandası sahib çıxıb.

 

Qeyd edək ki, Paris-2024-ün açılış mərasimi dünən keçirilib.