Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün 4 idmançımız və 3x3 basketbol komandamız mübarizə aparacaq. 

 

12:20 - Cüdoçu Elcan Hacıyev (90 kq) Türkiyə təmsilçisi Mixael Zqankla qarşılaşacaq.

 

12:24 - Akademik avarçəkmədə təmsilçimiz Diana Dımçenko 6-12-ci yerlər uğrunda yarışacaq. 12:45 - Dünən təxirə salınan triatlon yarışlarında idmançımız Rostislav Pevtsovun çıxışları baş tutacaq. 18:30 - Badmintonçu Edi Reski Dviçayo E qrupundakı ikinci görüşündə danimarkalı Anders Antonsenin müqavimətini qırmağa çalışacaq.

 

23:30 - Qadınlardan ibarət 3x3 basketbol komandamız ABŞ seçməsi ilə üz-üzə gələcək.Yığmamız ilk dueldə İspaniyaya məğlub olub - 16:18.

 

Qeyd edək ki, ölkəmiz avqustun 11-də başa çatacaq olimpiadaya 48 idmançı ilə qatılıb və yalnız hələlik cüdoçumuz Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.