Bu gün akademik avarçəkənlərin Paris-2024 mübarizəsi start götürüb. Sport24.az xəbər verir ki, Azərbaycan idmançısı Diana Dımçenko Olimpiadada ilk sınağına çıxıb.

 

2000 m məsafəyə fərdi yarışda çıxış edən idmançımız təsnifat mərhələsində mübarizə aparıb. Beşinci qrupdakı 5 iştirakçı arasında 3-cü yeri tutan Diana bununla 1/4 finala adlayıb. O, məsafəni 7:52.53 dəqiqəyə qət edib.

 

Qeyd edək ki, təsəlliverici mərhələ iyulun 28-də, 1/4 və 1/2 final iyulun 29-dan avqustun 1-dək keçiriləcək.