Paris-2024 Yay Olimpiya Oyunlarında fərdi yarışlara start verilib. Sport24.az xəbər verir ki, qadınların kamandan oxatma yarışında sıralama turu başa çatıb.

 

Turnir dünya və olimpiya rekordu ilə də yadda qalıb. Cənubi Koreya təmsilçisi Sihyeo Lim 694 xal toplayıb. Bu, yeni dünya və olimpiya rekordu olub.

 

Lim həmyerlisi Çaeyanq Kanqın nəticəsini yeniləyib. O, 2019-cu ildə 692 xal toplamaqla rekord vurmuşdu.

 

Qeyd edək ki, yarışın 1/32 final mərhələsi iyulun 30-da başlayacaq.