Olimpiya yiğmaların baş məşqçilərinin maaşları artırılıb. Sport.az xəbər verir ki, Nazirlər Kabinetinin “Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” 2005-ci il 13 may tarixli Qərarının 1-ci hissəsində edilən dəyişikliyə əsasən maaşlar 594 manatdan 890 manata qədər artırılıb.
Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilib.