Serbiyalı məşhur tennisçi Novak Cokoviç Paris-2024-də ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, 37 yaşlı təcrübəli idmançı I turda avstraliyalı Mettyu Ebdenlə üz-üzə gəlib.

 

Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib - 2:0 (6:0, 6:1).

 

O, 1/16 finalda Marton Fuçoviç (Macarıstan) - Rafael Nadal (İspaniya) cütünün qalibi ilə görüşəcək.

 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.