Azərbaycan fiqurlu konkisürəni Səbinə Əliyeva gənclər arasında dünya çempionatında çıxışını başa vurub.

Sport24.az xəbər verir ki, Taypeydə təşkil olunan yarışın ilk günündə cütlər və qadınlar qısa proqramda çıxış ediblər.

Azərbaycan təmsilçisinin çıxışı 39,71 xalla qiymətləndirilib. O, qızların mübarizəsinə qatılan 46 idmançı arasında 41-ci olub. Səbinə sərbəst proqramda buz üzərinə çıxacaq 24 ən güclü sırasına düşə bilmədiyi üçün çempionatla vidalaşıb.

Qeyd edək ki, ən yaxşı nəticə göstərən idmançılar martın 1-də sərbəst proqramla çıxış edəcəklər.