"Hər kəs kimi mən də çox sevincliyəm".

Sport24.az xəbər verir ki, bu sözlərAzərbaycan millisinin yunan-Roma güləşçisi Həsrət Cəfərova məxsusdur. Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc medalçısı Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin Olimpiadada medal qazanan idmançıları, onların məşqçilərini qəbul etməsinə və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmasına münasibət bildirib.

 

"Bu görüş bizim üçün böyük bir stimul oldu. Ölkə başçısının daim idman və idmançılara göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində bizlər bu gün Olimpiadadan uğurlu nəticələrlə geri döndük. Hər bir şeyə görə cənab Prezidentimizə minnətdarıq. Belə bir ordenlə təltif ediləcəyimi gözləmirdim. Bununla bağlı dünən xəbərimiz oldu. Bunlar karyeramda unudulmaz günlərdir. Həmişə dövlətimizin adını ucaltmaq və bayrağımızı yüksəklərdə dalğalandırmaq üçün əlimdən gələni edəcəm".