Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan idmançısı Yaylagül Ramazanova barədə paylaşım edib. Sport24.az xəbər verir ki, paylaşımda bildirilir: "Çempion ürəyi, ananın gücü. Yaylagül Ramazanova Paris-2024-də limitləri yenidən müəyyənləşdirdi" 

 

Ana olmağa hazırlaşan idmançımızın Olimpiadanın kamandan oxatma yarışlarında iştirakı bütün dünya mediasının diqqətini cəlb edib. Xarici media nümayəndələri Yaylagül Ramazanovanın bu addımını böyük cəsarət və əsl idmançı əzmkarlığı kimi qiymətləndiriblər. Bir çox beynəlxalq media qurumları Yaylagüldən müsahibə götürmək və onunla reportaj hazırlamaq üçün müraciət ediblər.