Paris Olimpiadasının startına 1 ildən bir qədər artıq vaxt qalsa da, Rusiya və Belarus idmançılarının orada iştirakı hələ də müəyyənləşməyib. Sport24.az xəbər verir ki, BOK seçimi beynəlxalq federasiyaların öhdəliyinə buraxsa da, bəzilərini istisna etsək, əksəriyyəti qərar qəbul etməkdə çətinlik çəkir.

Rusiya Milli Olimpiya Komitəsi isə durğunluğa görə BOK-u qınayır. Qurumun prezidenti Stanislav Pozdyakov bu haqda danışıb: “BOK-un tövsiyyə xarakterli bəyanatından 1 ay ötsə də, hələ ki, heç bir beynəlxalq federasiya öz səsini çıxartmır Hətta Rusiya sablyaçılarına neytral statusda çıxış etməyə icazə verən Beynəlxalq Gimnastika Federasiyası belə mövqe bildirmir. Belə vəziyyət münasibətlərin dalana dirənməsinə səbəb olub. Bununla yanaşı, Qərb ölkələri BOK-a təzyiq göstərməklə olimpiya xatiyasınının qanunlarını pozur. BOK bunlara qarşı sərt tədbirlər görməlidir”.

Yeri gəlmişkən, Beynəlxalq Yay Olimpiya Oyunlarının Assosiasiyasının rəhbəri Françesko Riççi Bitti yaxın vaxtlarda neytral statusla bağlı yeni deklarasiyanın qəbul edilə biləcəyini söyləyib. O, Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə iştirakından əvvəl xüsusi sənədə qol çəkməli olacağını söyləyib. Amma orada Ukraynada müharibəni pisləməklə bağlı maddə olmayacaq.