Azərbaycan idmançısı Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb. Sport24.az Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, pauerliftiq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov (-49 kq) 156 kq ağırlıq qaldıraraq, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının bürünc medalını qazanıb.

O, açıqlamasında sevincinin həddi- hüdudu olmadığını söyləyib: "Bu, dünənə qədər mənim üçün yuxu kimi idi. Çox sevinirəm ki, Tokioda bayrağımızı ucalda bildim. Məşqçimizlə əziyyət çox əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı".