Paris Oyunlarında akademik avarçəkmədə qadınların 2000 məsafəyə fərdi yarışında yarımfinal mərhələsi keçirilir. Sport24.az xəbər verir ki, idmançımız Diana Dımçenko C/D yarımfinalında mübarizə aparıb.
Diana yarımfinalın ikinci qrupunda 3-cü yerdə qərarlaşıb. O, 7 dəqiqə 59,23 saniyə ərzində məsafəni qət edib. Diana C finalına vəsiqə qazanıb.
O, avqustun 3-də C finalına qatılacaq və 1-ci zolaqda mübarizə aparacaq.