Paris-2024 Yay Olimpiya Oyunlarının qılıncoynatma yarışlarının püşkü atılıb. Sport24.az xəbər verir ki, sablyaçımız Anna Baştanın da ilk rəqibi bəlli olub.

 

İdmançımız mübarizəyə 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi Çin təmsilçisi Yang Hengyu olacaq. İyulun 29-i keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 12:50-də başlayacaq.

 

Qeyd edək ki, qadın sablyaçıların mübarizəsi iyulun 29-da yekunlaşacaq.