Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində yarımfinalçılar müəyyənləşib.

Sport24.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına 12 vəsiqənin sahibi final görüşlərində bəlli olacaq.

Bu 12 yerə iddia edən 24 idmançı 15 komandanı təmsil edir. Fərdi neytral atletlər (AİN) yığması yarımfinalda daha çox - 5 güləşçi ilə təmsil olunacaq.

Beş ölkənin hərəsi 2, doqquz yığma hərəsi 1 lisenziya şansını qoruyur. Azərbaycan millisinin yeganə yarımfinalçısı Beka Kandelakidir.

1. AIN – 5
2-6. Türkiyə - 2
Macarıstan – 2
Moldova – 2
Serbiya – 2
Almaniya - 2
7-15. Azərbaycan - 1
Danimarka – 1
Ukrayna – 1
Fransa - 1
Polşa – 1
Finlandiya - 1
Gürcüstan - 1
Litva – 1
Rumıniya – 1