Sərbəst güləş üzrə Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziyasını qazanıb.

Sport24.az xəbər verir ki, bu uğura Turan Bayramov imza atıb.

74 kq çəkidə çıxış edən güləşçi Fransa paytaxtına vəsiqəni Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində əldə edib. Tobias Portmannı (İsveçrə) 10:0, Zurab Kaprayevi (Rumıniya) 5:1 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinalda Frank Çamizo Markezi (İtaliya) üstələyib – 8:8. Bu qələbə Bayramova dördilliyin ən mötəbər multiidman yarışında iştirak hüququ verib.

Qeyd edək ki, Bakıda keçiriləcək turnirə bu gün yekun vurulacaq.