Rusiya Güləş Federasiyası Kahramanmaraşda dağıntılar altında qalan güləşçilərin çıxarılmasında türkiyəlilərə kömək etməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Mixail Mamiaşvili mətbuata açıqlama verib.

O, türkiyəli güləşçilərə görə narahatı olduqlarını vurğulayöb: "Onlar qardaşlarımızdı. Hazırda Türkiyə Güləş Federasiyası ilə sıx təmasdayıq. Onun prezidenti ilə yaxın dostluq edirəm. Bütün imkanlarımızı səfərbər edib onlara kömək etməyə hazırıq. Zərurət yaranacağı halda, dərhal özümüzü Türkiyəyə çatdıracağıq. O ki qaldı milliləşdirilən rusiyalı güləşçilərə, Türkiyədə onların sayı azdır. Əldə etdiyimiz məlumata görə, onlara heç bir xətər toxunmayıb”.

Xatırladaq ki, Kahramanmaraşda dağıntılar altında 30-40 güləşçinin qaldığı söylənilir.