Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "Sparta"nı qəbul edib.

Qarşılaşma Zaqreb təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard 65-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftə sonra Praqada baş tutacaq.