Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir. Sport24.az xəbər verir ki, dördüncü yarış günündə 57, 59, 65, 68 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə qoşulub.

Alyona Kolesnik ilk görüşdə hindistanlı güləşçiyə məğlub olub. Mübarizəyə 1/4 finaldan start verən Elis Manolova isə Moldova təmsilçisinə uduzub.   57 kq 1/8 final: Alyona Kolesnik - Anşu Anşu (İND) 2:4

65 kq 1/4 final: Elis Manolova - İrina Rinqaçi (MDA) 0:6