Bu gün Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinə start veriləcək. Sport24.az xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq.

 

Azərbaycan millisinin 4 "klassik"i xalça üzərinə çıxacaq. Təmsilçilərimiz Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə verən finala yüksəlməyə çalışacaq.

 

Yunan-Roma güləşi
60 kq

Nihat Məmmədli ilk mərhələdə Oleksey Maşukla (Ukrayna) qarşılaşacaq.

87 kq
İslam Abbasovun ilk rəqibi Turpal Bisultanov (Danimarka) olacaq.

97 kq
Murad Əhmədiyev Aleksandar Stepanetiçi (İsveç) sınağa çəkəcək.

130 kq
Beka Kandelaki birinci mərhələdə Oskar Marvik (Norveç) ilə üz-üzə gələcək.

Qeyd edək ki, yunan-Roma güləşi yığmamız digər iki çəkidə lisenziyanı öncədən qazanıb. Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanova (77 kq) Paris-2024-də iştirak hüququ əldə edib.