Sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Sport24.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə meksikalı Austin Qomeslə üz-üzə gələn idmançımız rəqibinə qalib gələrək (12:3) bürünc medal qazanıb.

 

Digər təmsilçimiz Əliabbas Rzazadə (57 kq) yarımfinal mərhələsində məğlub olaraq üçüncü yer uğrunda görüşə çıxmağa haqq qazansa da, zədələnərək turnirlə vidalaşıb.

 

Qeyd edək ki, iyunun 9-da başa çatacaq yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də çıxış edəcəklər.