İordaniyanın Amman şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatında millimiz daha bir uğur əldə edib. Sport24.az xəbər verir ki, mundialın üçüncü günündə qız güləşçilər xalçaya çıxıblar.
Yekunda təmsilçilərimizdən biri yarımfinala adlayıb. 49 kqda yarışan Esra Məmmədli qırğızıstanlı Feruza Akmatbekova (8:1) və macarıstanlı Sonya Nemetə (4:0) qalib gələrək yarımfinala yüksəlib. O, finala gedən yolda yaponiyalı Utaha Yui ilə qarşılaşacaq.
Qeyd edək ki, millimiz mundiala 6 qız güləşçi ilə yollanıb.