Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Turnirinin ilk günündə 12 lisenziya sahibini tapıb.

Sport24.az xəbər verir ki, yunan-Roma güləşçilərinin mübarizəsində yalnız 10 komandanın üzvləri Paris-2024-ə vəsiqə qazanıblar.

Onlardan ikisi daha uğurlu olub. Neytral Fərdi Atletlər (AİN) və Türkiyə komandaları daha çox – hərəyə 2 lisenziyaya seviniblər.

Digər 8 yığma hərəyə bir vəsiqə ilə kifayətlənib. Bunlar Moldova, Ukrayna, Gürcüstan, Litva, Almaniya, Serbiya, Finlandiya və Fransadır.

Qeyd edək ki, 4 güləşçi ilə təmsil olunan Azərbaycan millisi də "klassiklər"in mübarizəsini lisenziyasız başa vurub.