Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatının son günündə 3 medal qazanıb.

Sport24.az xəbər verir ki, İsmayıl Rzayev (82 kq) finalda türkiyəli Alperen Berberlə qarşılaşıb. O, rəqibinə məğlub olaraq gümüş medal qazanıb.

Tural Əhmədov (60 kq) və Ruslan Nurullayev isə üçüncü yer uğrunda görüşlərdə rəqiblərinə qalib gəlməklə bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, daha əvvəl Məhəmməd Şükürzadə (63 kq) bürünc medal qazanmışdı.