İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, mundialda bu gün sərbəst güləşçilər mübarizəyə qoşulub. Xalçaya çıxan Azərbaycan millisinin 5 idmançısından biri yarımfinala yüksəlib.


4️8️ kqda yer alan Hacıhüseyn Əhmədzadə təsnifat mərhələsində Çingiz Sarıqlara (AİN) 2:11 hesabıyla məğlub olub. 5️5️ kqda  yarışan Hüseyn Hüseynov türkmənistanlı Azatberdi Aşırquliyevə 3:1 hesabıyla üstələyərək 1/4 finala yüksəlib. Həmyerlimiz daha sonra tunisli Mokbel Sahliyə tam üstünlüklə (11:1) qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Hüseyn finala gedən yolda Puerto-Riko təmsilçisi Josef Baxmanla qarşılaşacaq. 65️ kq qüvvəsini sınayan İsa Yusibov 1/8 finalda qazaxıstanlı Bakdaulet Akimjana 8️0️ kqda yarışan Məhəmməd Abbaszadə gürcüstanlı Nikolas Masuradzeyə 1️1️0️ kqda mübarizə aparan Muxamad Qantemirov 1/8 finalda amerikalı Maykl Mokko ilə qarşılaşıb. Rəqib 16:6 hesabıyla qələbə qazanıb.

 

Qeyd edək ki, sərbəst güləş üzrə həlledici mərhələnin görüşləri sabah keçiriləcək.