Azərbaycanın idman gimnastikası üzrə qadınlardan ibarət millisinə yeni baş məşqçi təyin olunub. Sport24.az xəbər erir ki, Azərbaycan Gimnastika Federasiyası yığmanın belaruslu mütəxəssis Olqa Barkalavaya tapşırıldığını açıqlayıb.

Barkalava təyinatı ilə bağlı təəssüratlarını bölüşərəkj, millimizin məşq etdiyi zalla və gimnastlarla tanış olduğunu bildirib: "İdman gimnastikasının inkişafı üçün burada hər cür şərait var. Çox gözəl məşq zalıdır. Mənə göstərilən etimada görə çox minnətdaram və çalışacağam ki, Azərbaycanın qadın idman gimnastları Avropa və dünya arenasında güclü rəqabət aparmaq bacarığına malik olsunlar”.

Qeyd edək ki, Barkalava 22 ildir qadın idman gimnastikası üzrə məşqçilik fəaliyyəti ilə məşğul olur. O, son 6 il ərzində Belarus millisinin məşqçisi kimi fəaliyyət göstərib.