Azərbaycan bədii gimnastları Qazaxıstanın Almatı şəhərində keçirilmiş "Alma Cup" beynəlxalq turnirində 2 qızıl, 1 gümüş medal qazanmaqla yanaşı, 1 nominasiya üzrə qalib olublar.

Sport24.az xəbər verir ki, Zəhra Cəfərova çoxnövçülük (halqa, top, gürzlər və lent) üzrə qızıl medala yiyələnib.

 

Gənclər arasında Sofiya Məmmədova çoxnövçülük (halqa, top, gürzlər və lent) üzrə bütün rəqiblərini qabaqlayıb. O, həmçinin "Turnirin kraliçası" nominasiyasına layiq görülüb.

 

Ayan Sadıqova da çoxnövçülük (halqa, top, gürzlər və lent) üzrə uğurlu çıxışla yadda qalaraq gümüş medal əldə edib.